Koronavirusa yoluxan “sıfırıncı xəstə” Uhanda Virusologiya İnstitutunun laboratoriyasında işləyib

Koronavirusa yoluxan “sıfırıncı xəstə” Uhanda Virusologiya İnstitutunun laboratoriyasında işləyib
12:57 16 Aprel 2020
272 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirusa yoluxan "sıfırıncı xəstə" Çinin Uhan şəhərində Virusologiya İnstitutunun laboratoriyasında işləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Fox News" telekanalı öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, "Çin hökumətinin erkən hərəkətlərinin təfərrüatları ilə tanış olan və müvafiq sənədləri görən" laboratoriya işçisi yarasa koronavirusuna yoluxub və sonra xəstəlik yerli sakinlər arasında yayılıb.

Mənbə Çini tarixdəki "ən bahalı dəlil gizlətmə əməliyyatı"nda ittiham edib.

Bununla yanaşı, laboratoriyanın bioloji silah hazırlamadığı vurğulanır. Əsas məqsəd Çin alimləri tərəfindən virus araşdırmalarının uğurlu nəticələrini nümayiş etdirmək olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR