"Dərslər avqustun 1-də başlaya bilər" -

''Bildiyimiz kimi 3 martdan etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və qüvvədə olan qərara görə 20 aprel ilk dərs günüdür. Amma 20 aprel saat 00-00 - a qədər ölkə ərazisində ciddi rejimli karantin elan olunduğu üçün bu tarixdə dərslərin bərpa olunması mümkün deyil. Yay tətilində uşaqların dincəlməyi üçün şərait yaratmaq lazımdır. Hətta dərslərin 1 avqustdan başlamasını belə gözləmək olar. ''

Bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov Metbuat.az saytında müsahibəsində bildirib.

Ekspert qeyd etdi ki, təhsil müəssisələrində tədrisin bərpa olunması may ayında mümkün ola bilər.


'' Son günlərin rəqəmlərinə nəzər saldıqda görürük ki, koronovirusa yoluxanların sayında ölkəmizdə azalma müşahidə olunur. Ona görə də düşünürəm ki, may ayında dərs başlaya bilər. Amma bunu bütün ölkə ərazisində, bütün 4447 məktəbdə başlamaq olmaz. İlk növbədə yoluxma müşahidə olunmayan və ya az müəyyən edilmiş bölgələrdə, ərazilərdə başlamaq, sonra isə qismən artan əhatəliliklə davam etdirmək lazımdır. Hesab edirəm ki, may ayının sonlarına doğru bütün tədris prosesi bərpa oluna bilər . Çünki karantin dövründə dövlət tərəfindən istər orta məktblərdə, istərsədə ictimai yerlərdə dezinfeksiya işləri görülüb. Ona görə də may ayının sonlarında tədrisin başlamasında bir problem görmürəm.''

Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi açıqlamaya əsasən ölkədə karantin müddətinin uzadılması istisna deyil. Əgər xüsusi karantinin müddəti yazın sonu yayın əvvələrinə təsadüf edərsə bu zaman şagirdlərin dərsə istidə maraq göstərib davamiyyətə riayyət etməsi nə qədər realdır?

''Əgər kononovirus təhlükəsi davam edərsə, IX və XI siniflərdən başqa bütün sinifləri tətilə buraxmaq, IX və XI sinifləri isə buraxılış imtahanlarına cəlb etmək olar. Amma isti yay ayında dərs keçirilməsi effektiv ola bilməz. Çünki iyul və avqust aylarında ölkəmizdə temperatur çox yüksək olur. Eyni zamanda məktəblərimizin istilik, havalandırma sistemi də yoxdur. Bu daha ciddi fəsadlar yarada bilər.''

Kamran Əsədov deyir ki, pedaqoji normalara görə uşaq yay tətilində istirahətə də təhsilə də vaxt ayırmalıdır. Amma uşaqları məcburi şəkildə oxumağa yönəltmək olmaz. Onlar bunu könüllü şəkildə, istəyərək etməlidirlər.

''İstər müəllim, istər valideyn uşaqda elmə həvəs yaratmalıdır. Heç olmasa avqust ayından başlayaraq müntəzəm şəkildə dərslə məşğul olmaq lazımdır. Çox yox, hər gün 1 saat mütaliə edib, yazı yazsa geriləmə olmaz. Hətta yaxşı oxuyan uşaq da tətildə dərslə məşğul olmasa, il ərzində keçilənləri unudur. Bəzi siniflər üçün xüsusi tətil kitabları var, onlardan istifadə etsələr yaxşı olar. Əlbəttə, bütün günü ancaq dərs oxumaq da düzgün deyil. Uşaq həm əyləncəyə, həm də dərsə vaxt ayırmalıdır. Amma bu dəfə situasiua çox fərqlidir.''

Koronavirus bütün sahələrə olduğu kimi təhsilə də ciddi təsir etdi. Üç martdan etibarən bütün pillələrdə təhsilin axını dayandı.Ekspert deyir ki, dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər.


''Qeyd edim ki, 1-4-cü siinflədə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Bunun üçün də bütün yay boyu tele dərslərin davamlı olması mütləqdir. Çünki, teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.''

Kamran Əsədov bildirdi ki, təcrübə göstərir ki, yay tətilində uşaqların dincəlməyi üçün şərait yaratmaq lazımdır. Amma indiki halda hətta isti yay aylarında belə təhsil alanların qismən təhsilə cəlb olunması qaçılmazdır. Hətta dərslərin 1 avqustdan başlamasını belə gözləmək olar. 1 avqustdan məktəbə 15 gün qalmış əvvəlki sinifdən əsas fənlərin təkrarı , ondan sonra yeni tədris ilinə başlamaq kimi variantlar da mümkündür.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR