Bərdədə qonşular arasında kütləvi dava, 6 nəfər xəsarət aldı

Bərdə rayonunda kütləvi dava olub.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Köbər kəndi ərazisində baş verib.

Kənd sakinləri Baxşeyiş Quliyev, oğulları və yaxın qohumları- Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev və İntiqam Quliyevlə birgə yeyib-içərək sərxoş vəziyyətdə kənd sakinləri Ədalət Əliyev və onun qohumları - Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanova yumruq, ağac və dəmir parçaları ilə vuraraq ağır bədən xəsarətləri yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Baxşeyiş Quliyev, oğlu Orduxan Quliyev və əmisi oğlu İntiqam Quliyev şübhəli şəxs qismində saxlanılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR