Koronaya yoluxmanın yeni mənbəyi ortaya çıxdı

Koronaya yoluxmanın yeni mənbəyi ortaya çıxdı
15:18 16 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Rusiyalı akademik Viktor Maleyev koronavirusun qida və doğuş yolu ilə ötürülməsindən danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, koronavirus doğuş zamanı, həmçinin qida yolu ilə yoluxa bilər, baxmayaraq ki, bu infeksiya üsulları geniş yayılmayıb.

“Virus bədənə qida ilə və ya üzə toxunmaqla daxil ola bilər. Şaquli ötürmə yolunun olduğu sübut edilib: doğuş zamanı koronavirus plasenta vasitəsilə ötürülə bilər. Lakin belə hallar çox deyil”, - ekspert izah edib.

O qeyd edib ki, virus çox tez yayılır, odur ki, hamı maska taxmalıdır, həm xəstələr, həm də onlara qulluq edənlər.

Üstəlik, beş xəstədən dördünün müalicəsi olduqca asandır və xüsusilə uşaqlarda tez keçir. Lakin 65 yaşdan yuxarı xəstələrdə xüsusilə obezlik, şəkərli diabet və ya ürək problemləri varsa, xəstəlik daha şiddətli gedişatla müşahidə olunur.

Məlumat üçün bildirək ki, Rusiya Səhiyyə Nazirliyi koronavirusun cinsi yolla da ötürüldüyünü bildirmişdi.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/310975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR