Bakıda "avtoşluq" edib qəza törədən sürücü ilə bağlı açıqlama - VİDEO

Bakıda "avtoşluq" edib qəza törədən sürücü ilə bağlı açıqlama - VİDEO
15:32 16 Aprel 2020
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda "Mercedes Galendewagen"lə svetoforun qırmızı işığından sürətlə keçən sürücü ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Sürücünün bu hərəkəti ictimai qınağa səbəb olub.

Milli.Az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.

O bildirib ki, hadisə 29 mart saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb:

"Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, "Mercedes Galendewagen" markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsən oğlu, Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, "Mercedes ML" markalı avtomobillə toqquşub.

Sürücünün qırmızı işıqda keçməsi həm də təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb və sənədləşdirilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib olunub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR