"Survivor"dan evinə qayıda bilməyən Pərvizdən GÖZLƏNİLMƏZ ADDIM - Qohumuna zəng edərək... - FOTO

"Survivor"dan evinə qayıda bilməyən Pərvizdən GÖZLƏNİLMƏZ ADDIM - Qohumuna zəng edərək... - FOTO
15:57 16 Aprel 2020
367 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanı lərzəyə gətirən koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edildiyi gündən imkansız ailələrə yardım kompaniyasıyla adından söz etdirən Kamil Zeynallı "Survivor"da böyük tamaşaçı kütləsinin sevgisini qazanan Pərviz Abdullayevlə sosial şəbəkədə canlı bağlantı edib.

Milli.Az xəbər verir ki, dünən baş tutan canlı yayımda Kamil Zeynallı hər kəsi duyğulandıran bir məsələni təqibçilərinin diqqətinə çatdırıb. O, Pərvizin koronavirus səbəbiylə Dominikandan Bakıya qayıda bilməməsinə rəğmən yardım kampaniyasına qoşulduğunu bildirib. "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionumuz Dominikandan əmisi oğlu Faiqə zəng edərək, 10 imkansız ailəyə ərzaq yardımı etmək üçün Kamilə onun adından pul verməyini xahiş edib.

Kamilin Pərvizlə bağlı bu açıqlamasından sonra dünya çempionumuz digər məşhur idmançıları da bu aksiyaya qoşulmağa çağırıb.

Xatırladaq ki, kikboks üzrə 6-qat dünya çempionu Pərviz Abdullayev Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışında 9 gün əvvəl mübarizəni dayandırsa da, koronavirus pandemiyası səbəbiylə dünyada tətbiq eidlən karantin rejimi və fövqəladə vəziyyətlə əlaqədar sərhədlər bağlı olduğu üçün Bakıya qayıda bilmir.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/842486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR