Gələcəyin ulduzu futbolu atdı, mafiyaya qoşuldu

Gələcəyin ulduzu futbolu atdı, mafiyaya qoşuldu
16:27 16 Aprel 2020
133 İdman
Ölkə mətbuatı
A- A+

İsveçdə ən istedadlı futbolçulardan biri hesab olunan İliya Yurkoviç gələcəyin ulduzlarından biri olaraq görülsə də, tam fərqli yol seçib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, o, 23 yaşında cinayət aləminə qoşulub. 

AİK-in futbol akadeiyasında yetişən Yurkoviç klubun və İsveç futbolunun gələcəyi hesab olunurdu. AİK-in U-19 komandasının heyətində keçirdiyi 4 oyunda 10 qol vuraraq bütün diqqətləri üzərinə çəkən İliya əsas komandanın məşqlərinə cəlb olunmuşdu. Bundan sonra İsveçin gənclər millisinə dəvət alan futbolçunu "Vasalund" transfer etmiş və o, ilk peşəkar müqaviləsini imzalamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/842553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR