Koronavirusla bağlı ŞOK PROQNOZLAR - Böyük BƏLALAR GƏLİR

Koronavirusla bağlı ŞOK PROQNOZLAR - Böyük BƏLALAR GƏLİR
18:38 16 Aprel 2020
158 Digər
Ölkə mətbuatı
A- A+

Neft erasının sonu gəlir, bazarlar alt-üst olacaq, “fövqəladə vəziyyət” uzun müddət davam edəcək, yeni miqrasiya böhranı və ərzaq qıtlığı yaşanacaq.

Publika.az
xəbər verir ki, bu proqnozlarla amerikalı ekspertlər çıxış edib.

Geopolitiklər Paraq Hanna və Karan Khemkanın “Fast Company” dərgisində dərc olunan birgə müəllifi olduqları məqalədə deyilir: “Koronavirus növbəti altı ay ərzində dünyada pik həddə çatacaq. Amma iqtisadiyyatlara, hökumətlərə və sosial institutlara bərpa olunmaq üçün illər lazım olacaq. Növbəti 3-5 il COVID-19 haqda ildırımdan əvvəl və ildırımdan sonra kimi bəhs olunacaq”.

Geopolitiklər postkorona dövrü haqda müxtəlif ssenarilər irəli sürür.

Uzunmüddətli fövqəladə vəziyyət

Vaksinin axtarışı və tapılması 12-18 ay davam edəcək. Karantin rejimini tətbiq edən ölkələr bunun köməyi ilə yoluxmanın maksimallaşmasının qarşısını ala biləcəklər, amma kasıb və sıx məskunlaşmanın olduğu ölkələr çətin günlər yaşayacaq. Ümumi ölümlərin sayı 100 mindən azdır, amma bu, milyon və daha çox saya qədər davam edəcək. Ölkələr sərhədləri bağlı saxlayacaq, amma daxili siyasətdə əhalinin xəstələnməsi və iqtisadi dirçəliş arasında ağrılı seçim qarşısında qalacaqlar. Çoxsaylı amillər prosesə sakit baxmağa mane olur. Ən vacib məqamlardan biri budur ki, inkişaf edən bazarlar və ölkələrin “həlak olması” dünya iqtisadiyyatını zəiflədir.

Daxili işsizlik “Böyük depressiya” dövründə mövcud olan səviyyəyə yüksələcək və yardım paketləri kifayət etməyəcək. Böyük firmalar dağılacaq, ticarətdən aviasiyaya, ofis və ticarət mərkəzlərindən hava limanlarına qədər hər şey zərər görəcək. ABŞ-ın vahid bazarı ilə müqayisədə Avropa bazarı daha çox ziyan görəcək, çünki ölkələr arasında fikir ayrılığı qaçılmaz olacaq.

“Süveyş ssenarisi”

1956-cı ildə ABŞ Böyük Britaniyanı qoşunlarını Süveyş kanalından çıxarmayacağı halda funtsterlinqə dəstəyi dayandırmaqla hədələdi. Eyni ssenarinin təkrarlanması mümkündür. Neft ölkələri valyuta ehtiyatlarını ABŞ dollarında saxlamağı azaldacaq, əvəzində Çin yuanla neft ticarətini aparmağa çalışacaq. Doğrudur, Çinin daxili vəziyyəti hələki ürəkaçan deyil, amma “Süveyş ssenarisi”nin təkrarlanması ehtimalı qalır.

Növbəti miqrasiya böhranı

İnsanlar kasıb ölkələrdən qaçaraq qurtulmaq istəyəcək. Türkiyə anlamağa imkan verdi ki, nə həmişəlik 4 milyon suriyalı qaçqını saxlamaq, nə də virusun kütləvi partlayışına dözmək istəyir. Körfəz ölkələri tərəfindən MisirSudana dəstəyin azalması bu ölkələrin əhalisinin də miqrasiya yolunu tutmasına səbəb ola bilər. İnsanlar Meksikadan, Mərkəzi Amerikadan və Yaxın Şərqdən Avropaya axın etməyə çalışacaqlar. Bununla yanaşı, virusun yayılması dünyada “qırmızı” və “yaşıl” zonalar yaradacaq, “qırmızı” zonalardakı insanlar qaçacaqlar. Ölkələr həmçinin, işçi qüvvəsini doldurmaq üçün də miqrantları qəbul edə bilər. Böyük şəhərlərdən əyalətlərə axın sürətlənəcək.

Millətçiliyin güclənməsi

Lakin çox ölkələr hər şeydən əvvəl öz ərzaq və tibbi ehtiyatlarının yığımına başlayacaqlar. Bu, “ərzaq millətçiliyidir”, misal üçün, Rusiya dən məhsullarının ixracını, Vyetnam isə düyünün ixracını məhdudlaşdırdı. BMT mövqelərini itirəcək, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da həmçinin. Regional təşkilatların dirçəlişi müşahidə olunacaq.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR