Bir iPhone istehsalına nə qədər qızıl sərf olunur?

Bir iPhone istehsalına nə qədər qızıl sərf olunur?
20:22 16 Aprel 2020
183 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu günlərdə xeyli dəyər qazanan qızıl telefon istehsalında da istifadə olunur. Apple qızıldan istifadə edən istehsalçılardandır. Şirkət iPhone modellərinin istehsalında bu qiymətli metaldan yararlanır. Yaxşı, bəs bir iPhone modelinə nə qədər qızıl sərf olunur?

Milli.Az ted.az-a istinadən bildirir ki, iPhone modellərinin hər birinin kamera, ana kart və bobinində ümumilikdə 0,018 qram qızıldan istifadə eidlir. 0,018q sizə kiçik rəqəm kimi görünə bilər. Ancaq Apple-ın sadəcə 2019-cu ildə 200 milyondan artıq iPhone satdığını düşünsək, bunun olduqca yüksək rəqəm olduğunu anlamaq çətin olmaz.

Bəzi ölkələrdə mədənçiliyin mübahisə mövzusuna çevrilməsindən dolayı bu dəyərli metalın təkrar emalı diqqət mərkəzindədir. Digər səbəb isə qızıl axtarışı zamanı zəhərli sianid turşusunun ətraf mühitə verdiyi zərərdir.

Qeyd edək ki, təkrar emal məsələsinə həssas yanaşan Apple-ın Texasdakı deposunda Daisy adlı robot saatda 200 iPhone-u parçalarına ayıraraq təkrar emal üçün hazırlayır. İndiyə qədər təkrar emala verilən cihaz sayı isə açıqlanmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/842379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR