Porsche Taycan modelləri tarixi yarış livreyalarına boyanıb - FOTO

Porsche Taycan modelləri tarixi yarış livreyalarına boyanıb - FOTO
20:32 16 Aprel 2020
184 Maraqlı
Ölkə mətbuatı
A- A+

Porsche şirkəti Taycan elektrokarını keçmişin ən məşhur yarış livreyalarına "geyindirmək" qərarına gəlib. Hər biri markanın avtoidman tarixində bir mərhələni təmsil edən üç avtomobil Amelia Island Concours sərgisində debüt edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yan tərəflərində ağ zolaq və 23 nömrəsi olan qırmızı rəngli Porsche Taycan, 1970-ci ildə Le Man marafonunda birinci yer tutan Porsche Salzburg zavod komandasını 917K prototipinə işarə edir. Bu prototip 580 at qüvvəsi hasil edən 4,5-litrlik 12-silindrli mühərrik və 5-pilləli ötürmələr qutusu ilə təchiz edilmişdir. 1970-ci ildə 917K modelinə podiumda 917L və 908/2LH modelləri yoldaşlıq ediblər. Onlar, müvafiq olaraq, ikinci və üçüncü yerləri tutmuşdular.

Çəhrayı rəngli elektrokar isə, Fransanın SERA şirkəti ilə birlikdə yaradılmış Porsche 917/20 modelini xatırladır. Bu prototip daha çox Pink Pig, Big Berta və ya Truffle Hunter ləqəbləri ilə tanınır. Bunun səbəbi isə, qəssab dükanında olduğu kimi donuzun hissələrinin işarəsi olan çəhrayı rəngli livreyadır. Qırmızı və mavi zolaqları olan ağ rəngə boyanmış sonuncu Porsche Taycan isə, 24 saatlıq Daytona marafonunun dördqat qalibi Brumos Racing komandasının yarış avtomobillərini təqlid edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR