Türkiyədə son sutka ərzində 125 nəfər koronavirusdan dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 4801 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 1643, yoluxanlar isə 74 193 nəfərə çatıb.