Chevrolet şirkəti Traverse modelini yeniləyib - FOTO

Chevrolet şirkəti Traverse modelini yeniləyib - FOTO
21:32 16 Aprel 2020
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Chevrolet üç oturacaq cərgəsinə malik olan tamölçülü Traverse krossoverini yeniləyib. Yenilənmiş krossover yeni işıq texnikasına, yenilənmiş dizayna malik olan ön bamper və radiator barmaqlığına, cari Opel Insignia modelindən götürülmüş cihazlar panelinə, yenilənmiş mediasistemə və yeni elektron köməkçilərə sahib olub.

Yenilənmiş Chevrolet Traverse modelini uzadılmış fənərlər, fərqli ön bamper, arxa fənərlərin naxışları, baqaj qapağının qara və ya mis rəngində xrom işləmələri və yeni dizaynlı təkər diskləri sayəsində tanımaq olar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yenilənmiş Traverse modelinin salonunda 8-düymlük displeyli olan cihazlar paneli quraşdırılıb: mərkəzdə rəqəmsal spidometr yerləşir, cihazlar paneli isə Opel Insignia modelində istifadə edilənə bənzəyir. Bundan başqa, multimedia sistemi təkmilləşdirilib: məlumat-əyləncə kompleksi Apple CarPlay və Android Auto tətbiqləri vasitəsilə qadjetlarla qarşılıqlı əlaqə qura bilər.

Salon konfiqurasiyası dəyişkənliyini qoruyub: üçüncü oturacaq sırası üç sərnişin üçün nəzərdə tutulub, ikinci sırada isə üç nəfərlik divanı və ya fərdi kresloları sifariş etmək olar. Beləliklə, 5,2-metrlik krossover səkkiz nəfəri daşıya bilər, İkinci və üçüncü cərgənin qatlanmış oturacaqları rəvan döşəməni yaradır.

Yenilənmiş Traverse krossoverinin standart avadanlıqlar siyahısına avtomatik əyləcləmə sistemi və zolağa nəzarət funksiyası, həmçinin adaptiv  LED optika daxildir.

Chevrolet şirkəti yenilənmiş modelin mühərrik çeşidi barədə məlumat vermir, buna görə kapotun altında dəyişikliyin olacağı gözlənilmir. Böyük ehtimalla, krossover alternativsiz olaraq 314 at qüvvəsi və 360 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 mühərriki və 9-pilləli avtomatik ötürmələr qutusu və tam ötürmə sistemini qoruyub saxlayacaqdır.

Yenilənmiş Chevrolet Traverse modeli Şimali Amerikada 2020-ci ilin son rübündə satışa çıxacaqdır. Qiymətlər hələlik açıqlanmayıb. Xatırladaq ki, yenilənmədən öncəki modelin qiyməti 29,800 dollardan başlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR