Amazon-a 75 min işçi axtarılır

Amazon-a 75 min işçi axtarılır
22:22 16 Aprel 2020
220 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasına görə tələbat durmadan artır.

Dünyanın nəhəng internet mağazası Amazon daha 75 min işçi axtarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət nümayəndələri bildiriblər ki, koronavirusa görə, baza əməkdaşlarına və sürücülərə xüsusi ehtiyac duyulur.

"Koronavirus pandemiyasına görə, əhali tərəfindən onlayn sifarişlərin sayı durmadan artır", - deyə şirkətin məlumatında qeyd olunur.

Bir ay əvvəl şirkət rəsmiləri əməkdaşlarının maaşlarını artırmaq üçün 350 milyon dollar vəsait ayırdıqlarını və daha 100 min işçi götürəcəklərini bildirmişdilər.

Bəzi mütəxəssislərin fikrincə, şirkət əməkdaşlarının maaşını yaxşılaşdırmaq üçün 350 milyon yox, 500 milyondan çox vəsait ayırmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/842377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR