"Xəzər Lənkəran" qələbəni 4 dəqiqədə əldən verdi

"Xəzər Lənkəran" qələbəni 4 dəqiqədə əldən verdi
22:16 17 Yanvar 2015
135 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün 3-cü yoxlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Elbrus Məmmədov komandasını Ukrayna klubu ilə oyunda sınayıb.

Belə ki, "Xəzər Lənkəran" Zaporojye "Metallurq"u ilə qarşılaşıb. İlk iki oyunda qələbə qazana bilməyən təmsilçimiz bunu reallaşdırmağa yaxın olsa da, yenə bacarmayıb. Hesabı 30-cu dəqiqədə Sadio Tounkara açıb. 85-89-cu dəqiqələrdə iki qol buraxan "Xəzər Lənkəran" məğlub olub - 1:2.

Qeyd edək ki, 1935-ci ildə yaradılan "Metallurq"a hazırda Oleq Taran başçılıq edir. Zaporojye təmsilçisi qış fasiləsinə 11-ci pillədə yollanıb.

İlk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi “Çemnitzer”ə uduzub - 0:2. Lənkəranlılar yanvarın 21-də "Nürnberq"lə (Almaniya) qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ bəlli deyil.

Antalya
Yoxlama oyunu
17 yanvar

Xəzər Lənkəran (Azərbaycan) - Metallurq (Ukrayna) 1:2
Qollar: Sadio Tounkara, 31 - Vitali Qavriş, 85. Sergey Rudika, 89.
Xəzər Lənkəran: Tərlan Qasımzadə, Ruslan Cəfərov, Elvin Mirzəyev, İlyas Səfərzadə, Tural Cəlilov, Elşən Rzazadə, Alfred Sanko, Rahid Əmirquliyev, Elnur Cəfərov, Sadio Tounkara, Ağabala Ramazanov.
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, İsgəndər Əliyev.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR