Çempionlar Liqasının finalı bu tarixdə keçiriləcək

Çempionlar Liqasının finalı bu tarixdə keçiriləcək
01:43 17 Aprel 2020
255 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasının final oyunu avqustun 29-da keçiriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.

Hazırda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa kuboku turnirlərinin oyunlarını koronavirus pandemiyası səbəbindən təxirə salıb, əksər Avropa ölkələrinin milli çempionatlarında, eləcə də milli komandaların oyunları keçirilmir.

Çempionlar Liqası 1/8 final mərhələsində dayandırılıb, 1/4 final iştirakçılarının yalnız yarısı müəyyənləşə bilib. Final matçı mayın 30-da İstanbulda (Türkiyə) keçirilməli idi. UEFA 1/4 finalın ilk oyunlarını 28-29 iyulda keçirməyi planlaşdırır, turnirin qalan hissəsi avqustda başa çatmalıdır. Avropa Liqasının finalı avqustun 26-na təyin olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/311036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR