Son 18 il ərzində ilk dəfə olaraq mart ayı Amerika məktəblərində kütləvi atışmasız keçib

Son 18 il ərzində ilk dəfə olaraq mart ayı Amerika məktəblərində kütləvi atışmasız keçib
07:12 17 Aprel 2020
179 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə müəssisələrin və məktəblərin bağlanması, həmçinin ştatların administrasiyaları tərəfindən bir sıra məhdudiyyətlər qoyulması öz müsbət bəhrəsini də verib. ABŞ-ın bütün ərazilərində məktəblərin bağlanması səbəbindən ölkə üzrə məktəblərdə atışmaların sayı da azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2002-ci ildən bəri bir mart ayı belə məktəblərdə atışmasız keçməyib.

ABŞ-da odlu silahın tətbiqi ilə zorakılıq hallarını izləyən "Everytown for Gun Safety" təşkilatının dərc etdiyi məlumata görə, cari ilin mart ayında məktəb kampuslarında cəmi 7 atışma hadisəsi qeydə alınıb və xoşbəxtlikdən, bu hadisələrin heç biri adətən məktəblilərin ölümü və yaralanması ilə nəticələnən tipik məktəb atışmasına oxşamayıb.

Odlu silah ABŞ-da gənclər arasında ölüm hallarının əsas səbəbləri arasında avtomobil qəzalarından sonra ikinci yer tutur. Amerikalıların əksəriyyəti silaha sahibdir. Koronavirusun yayılması ilə bağlı böhran başlandıqdan sonra silah alan şəxslərin sayı da artıb. Bu, öz ailələrini cinayətlərin artmasından qorumaq tələbatı və vəziyyətin qeyri-müəyyənliyi ilə bağlıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/842617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR