.

Hərbçi qəsəbə sakinini yanğından xilas etdi

Hərbçi qəsəbə sakinini yanğından xilas etdi
09:27 17 Aprel 2020
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

Dövlət Sərhəd Xidmətindən Mili.Az-a verilən məlumata görə, 14 aprel tarixində yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib.

FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas edib.

Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılmış və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti yaxşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR