Koronavirusun insanlara daha bir təsiri: hər kəs yuxuda keçmişinə dönür

Koronavirusun insanlara daha bir təsiri: hər kəs yuxuda keçmişinə dönür
10:52 17 Aprel 2020
372 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ və İtaliyada aparılan sorğu nəticəsində məlum olub ki, karantin günlərində yuxularında hər gecə kabus görən insanların sayı artıb. Mütəxəssislər hesab edir ki, uzun müddət evdən çıxa bilməyən şəxslərdə stress hormonlarının ifrazı güclənir ki, bu da şüuraltına təsir edir. Dostları və yaxınları ilə görüşə bilməyən insanlar aqressivləşir.

Milli.Az xəbər verir ki, bəzi mütəxəssislərə görə, karantin tətbiqinə alışdıqları mühitdən çıxan insanlarda "ilham çatışmazlığı" var. Bu, şüuraltı keçmişin izlərinə dönməyə məcbur edir.

"Pis əhval-ruhiyyəni, xüsusilə də mənfi emosiyaları araşdırarkən sürətli göz hərəkəti edirik. Həqiqətən, pandemiya güclü stress və narahatlıq yaradır", - Boston Universitetinin nevroloqu Patrik McNamara "National Geographic"ə açıqlamasında bildirib.

Lyon Nevroloji Elmi Tədqiqatlar Mərkəzinin araşdırmasına görə, koronavirus epidemiyası səbəbilə insanların yuxularında keçmişə qayıtma halları 35 faiz artıb, respondentlərin 15 faizi əvvəlkindən daha pis yuxu gördüklərini etiraf edib.

Roma Universitetinin professoru Luici de Gennaro epidemiya və zəlzələ kimi hadisələrin şüuraltına təsirinə diqqət çəkib:

"2009-cu ildə L'Aquilla zəlzələsindən sonra sağ qalanlarla apardığımız araşdırmada yuxu pozğunluğu və kabus vəziyyətinin zəlzələnin episentri arasındakı məsafəyə görə dəyişdiyinə dair nəticəyə gəldik"./Publika.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR