Jurnalistlərin binasında elektrik enerjisi kəsildi

Jurnalistlərin binasında elektrik enerjisi kəsildi
11:08 17 Aprel 2020
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında "Jurnalistlərin binası"nda elektrik enerjisinin təchizatı dayanıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a bildirib ki, hadisəyə səbəb texniki qəzadır:

Onun sözlərinə görə, Səbail rayonu ərazisində "Azərişıq"a məxsus yüksək gərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enejisi təchizatı dayanıb. Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisində yerləşən "Jurnalistlər binası"dır: "Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/311058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR