"Barselona" Neymardan imtina etdi

"Barselona" Neymardan imtina etdi
11:12 17 Aprel 2020
126 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Neymar yay "transfer pəncərəsi"ndə "Barselona"ya qayıtmayacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Barselona" koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan maliyyə böhranı səbəbindən Neymarın transferindən imtina edib. Katalon klubunun əsas transfer hədəfi "İnter"in forvardı Lautaro Martinesdi.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barsa"dan PSJ-yə keçib. Ötən yay braziliyalı futbolçu "blauqrana"ya qayıtmaq istəsə də, klublar maliyyə məsələlərində razılığa gələ bilməmişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/842795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR