“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam” - Cavanşir Məmmədov

“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam” - Cavanşir Məmmədov
12:05 17 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Cavanşir Məmmədov "Səni axtarıram" proqramının virtual qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, verilişə evindən görüntülü bağlanan sənətçi xanımı Xalidə barədə danışıb.

Aparıcı Xoşqədəm Hidayətqızının "O qadına çox əziyyət vermisən. Gecə-gündüz orda-burda olmusan, o qadın uşaqları tək böyüdüb", - deməsinə qarşı tərəf belə cavab verib:

"Bir ona sual ver ki, bu kişinin ikinci arvadı olub, ya yox? Mən ikiarvadlılara pis baxmıram. Amma xanımıma, ailəmə yaxşı baxmışam. Darıxanda qudama zəng vururam, onunla danışıram".

Efirdə qonaqlar sənətçinin şadlıq sarayından proqrama qoşulduğunu desələr də, X.Hidayətqızı C.Məmmədovun şəxsi evinin olduğunu açıqlayıb. Əməkdar artist isə evini göstərmək istəməyib:

"Evi göstərmək lazım deyil. Belə şeyin tərəfdarı olmamışam. Bu günədək əlavə gəlirim olmayıb. 46 ildə tək qazancım bu ev olub. Villa sahibləri var, onları göstərin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/842806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR