Azərbaycanda 32 yaşlı iş adamı faciəvi şəkildə öldü

Azərbaycanda 32 yaşlı iş adamı faciəvi şəkildə öldü
14:08 17 Aprel 2020
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Kürdəmir şəhərində baş verən ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, gecə saat 2 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində 32 yaşll Taleh Mahmudovu vurub öldürərək hadisə yerindən qaçan şəxsin Şahsevən kənd sakini M.İbadov olması və hadisəni idarə etdiyi “Mitsubishi” markalı avtomobillə törətməsi dəqiqləşib.

Bildirilir ki, hadisə nəticəsində vəfat edən Taleh Mahmudov rayonun Babək küçəsindəki "Dostluq" kafesinin icarədarı olub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/311087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR