Azərbaycanda sahibkar məktub yazıb özünü asdı

Azərbaycanda sahibkar məktub yazıb özünü asdı
16:37 17 Aprel 2020
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda intihar olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qazma kəndində baş verib.

Kənd sakini, 60 yaşlı Zeynəddin Sarıyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib.

Məlumata görə, Z.Sarıyev rayonda ticarətlə məşğul olub, bir neçə yerdə ticarət obyekti var.

Son vaxtlar Z.Sarıyevin ağrılardan və yuxusuzluqdan əziyyət çəkdiyi bildirilir.

Z. Sarıyevin intihar etməzdən əvvəl məktub yazdığı deyilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR