Vüqar Bayramov: Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir

Vüqar Bayramov: Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir
16:47 17 Aprel 2020
247 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Prezidentinin tapşırıqları ilə koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, sözügedən istiqamətdə bəzi proqramların icrası və genişləndirilməsi həyata keçirilir:

"Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir. Bir tərəfdən, birdəfəlik ödəmələr həyata keçirilir və bildiyiniz kimi, indiyədək bu müavinətlər 140 min işsizə ödənilib. Eyni zamanda, mövcud proqramların daha çox vətəndaşlarımızı əhatə etməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Pandemiya dövründə də ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda reallaşan siyasətin əsas hədəfi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsidir".

Deputat bildirib ki, bu istiqamətdə artıq DOST mərkəzləri vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb və bunun üçün 30 milyon manat vəsait ayrılıb:

"Bununla da ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatıb. Eyni zamanda, birdəfəlik sosial yardımların verilməsi əhatəsi də genişlənməkdədir. Prezident İlham Əliyev aprelin 14-də keçirilən müşavirədə pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir daha göstərişlər verdi. Bu istiqamətdə qarşıya qoyulan vəzifələr daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan yaradacaq".

V.Bayramov vurğulayıb ki, iqtisadi paketlərdən yararlanmaq istəyən sahibkarlıq subyektləri və fərdi sahibkarlar tərəfindən müraciətlər daxil olmağa başlayıb:

"Ödənişlərə yaxın zamanlarda başlanılması nəzərdə tutulur. Həmçinin ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza xidmət göstərən işçilərin əmək haqlarının iki misli qədər artırılmasına qərar verildi. Bütün bunlar, sözügedən sahədə çalışan vətəndaşlarımızın rifahına hesablanıb və dövlətin bu mənada qayğısının daha bir təzahürüdür. Pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi diqqəti və onların sosial təminatının gücləndirilməsini təmin etmək üçün siyasi iradəsi var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR