Filippin prezidenti hədələdi: "Karantin rejimini pozanlar..."

Filippin prezidenti hədələdi: "Karantin rejimini pozanlar..."
18:22 17 Aprel 2020
249 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin Prezidenti Rodriqo Duterte əhalinin ölkədəki karantin rejiminə əməl edilməyəcəyi təqdirdə hərbçilərə və polislərə hərbi vəziyyətə bənzər məcburi tədbirlər görmək barədə əmr verəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 16-da Rodriqo Duterte əhaliyə müraciət edərək onları koronavirusun yayılmasına qarşı tədbirlər həyata keçirilən müddətdə intizamlı olmağa çağırıb.

"Mən sizdən intizamlı olmağı xahiş edirəm. Əgər bunu etməsəniz... hərbçilər və polis bunu öz nəzarətinə götürəcək. Mən onlara hazır olmağı əmr edirəm. Bu, hərbi vəziyyət kimidir. Seçim sizindir", - deyə prezident bildirib.

Bir qədər əvvəl prezident administrasiyası karantin qaydalarının pozulması halları davam edərsə, Filippin hökumətinin "tam izolyasiya" rejiminin tətbiqi imkanlarını müzakirə etdiyini bildirib. Nəşrin məlumatına görə, təkcə Luson adasında 100 min qayda pozucusu müəyyən olunub.

Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, Filippində 5 min 878 yoluxma və 387 ölüm faktı qeydə alınıb, 487 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR