Xarici dildə reklama dair yeni qayda müəyyənləşir

Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi qaydası dəyişir.

Metbuat.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, reklam verənin tələbinə ilə reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. İndiyə qədər bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin 1/3-dən çox olmamalı idi.

Təklif edilən dəyişikliyə əsasən, xarici dildə olan mətnin reklamın yerləşdiyi ümumi sahənin 1/3-dən çox olmamasına dair tələb ləğv edilir.

Layihəyə gör, bu halda xarici dildə olan mətn dövlət dilində olan mətnin tutduğu sahədən çox olmamalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR