Azərbaycan Dövlət Bayrağı ilə bağlı

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir.

Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında” qanunu ilə müəyyən ediləcək.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR