Dilarə: "Koronavirusdan "korova" olaraq çıxmaq istəmirəm"

Dilarə: "Koronavirusdan "korova" olaraq çıxmaq istəmirəm"
19:57 17 Aprel 2020
330 Şou
Ölkə mətbuatı
A- A+

"Evdə "beqavoy dorojkam" var, gün ərzində 2 saat onun üstündə qaçıram. Çünki evdə qalanda ən böyük əyləncə yeməkdir. Bu koronavirusdan "korova" olaraq çıxmaq istəmirəm".

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişində deyib.

Aktrisa karantin günlərində xarici görünüşünə qətiyyən fikir vermədiyini, hətta saçını belə daramadığını etiraf edib:

"Martın 14-dən evdəyəm, inanırsız, heç eyvana da çıxmamışam. Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı kəşf etdim ki, auditoriya yoxdursa, heç başımı da daramıram. Sizdən xəbər gəldi ki, efirə çıxacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm. Makiyaj-falan. Deməli, mənim bəzənməyim üçün auditoriya lazım imiş".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/842955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR