AFFA “Avro-2020” ilə bağlı UEFA-ya təsdiq göndərdi

AFFA “Avro-2020” ilə bağlı UEFA-ya təsdiq göndərdi
03:33 18 Aprel 2020
282 İdman
Ölkə mətbuatı
A- A+

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar "Avro-2020" turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Avro-2020"nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/311151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR