Dünyada koronavirusdan ölənlərin sayı 150 mini ötüb

Dünyada koronavirusdan ölənlərin sayı 150 mini ötüb
07:27 18 Aprel 2020
240 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada koronavirusa yoluxanların sayı son sutkada 83 min nəfərə yaxın artıb ki, bu da əvvəlki gündən 6 min çoxdur. Təsdiq edilmiş olüm hallarının sayı 8 mindən çox artdı ki, bu da bir gün əvvəlkindən daha çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

Bildirilib ki, dünyada 2 074 579 yoluxma və 139 378 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 82 967, ölənlərin sayı isə 8 493 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropadadır: müvafiq olaraq 1 050 871 və 93 480 hal. Sutkada orada yoluxanların sayı 37 778, ölüm halları isə 4 163 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 743 607 nəfər koronavirusa yoluxub, 33,028 nəfər ölüb. Sutka ərzində yoluxanların sayına görə (36,486 nəfər), bu bölgə Avropadan aşağı pillədədir, son 24 saat ərzində orada 2783 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 127 595 yoluxma və 5 558 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (632 781), İspaniyada (182 816), İtaliyada (168 941), Almaniyada (133 830), Fransada (107 778), Böyük Britaniyada (103 093), Çində (84 149), İranda (77 995), Türkiyədə (74 193) və Belçikada (34 809) qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR