Xəstəlik mömin üçün rəhmət, kafir üçün əzabdır

Xəstəlik mömin üçün rəhmət, kafir üçün əzabdır
08:32 18 Aprel 2020
199 Maraqlı
Ölkə mətbuatı
A- A+

İmam Sadiq (ə) buyurur: "Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssələr də qəlbin naxoşluğudur".

İmam Rza (ə) buyurur: "Xəstəlik mömin üçün rəhmət və paklanma, kafir üçün əzab və lənətdir. Xəstəlik mömin üçün həmdəm olar, o zamana qədər ki, onun üçün heç bir günah qalmaz". (Avini)

İmam Sadiq (ə) buyurur: "Peyğəmbərlərdən (ə) biri xəstələnir və belə deyir: "Mənə xəstəlik göndərən mənə şəfa verməyincə, özümü müalicə etməyəcəm". Allah Təala ona vəhy edir ki, "Özünü müalicə etməyincə, sənə şəfa verməyəcəm. Çünki şəfa vermək Mənim əlimdədir"".

Allahın Peyğəmbəri (s) buyurur: "Özünüzü müalicə edin. Çünki Allah Təala ölüm və qocalıqdan başqa(onların dərmanı yoxdur) elə bir dərd göndərməyib ki, onun şəfasını insanların ixtiyarında qoymamış olsun".

İmam Əli (ə) buyurur: "Hər dərdin bir dərmanı var".

Allahın Peyğəmbəri (s) buyurur: "Bədənin xəstəliyə tab gətirənədək dərmandan istifadə etməkdən çəkin və xəstəliyə dözə bilməyəndə, dərmana əl at".

İmam Əli (ə) buyurur: "Müsəlman özünü, yalnız xəstəlik onun sağlamlığına qalib gələn zaman müalicə edər".

İmam Kazim (ə) buyurur: "Elə bir dərman yoxdur ki, özü ilə yeni bir xəstəlik gətirməsin. Bədən üçün ən faydalı şey - onun ehtiyacı olduğu (qida) maddələrdən başqa, hər şeydən pəhriz saxlamaqdır".

İmam Əli (ə) buyurur: "Ən faydalı dərman - ac qalmaqdır".

İmam Sadiq (ə) buyurur: "Yeməkdən pəhriz saxlamaq xəstəyə ziyan yetirməz".

İmam Əli (ə) buyurur: "Nə çoxdur özü ilə dərd və xəstəlik gətirən dərmanlar. Nə çoxdur özü dərman və müalicə olan xəstəliklər".

İmam Əli (ə) buyurur: "Dərmanın acılığına tab gətirməyən şəxsin xəstəliyi uzanar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR