Bakıda 63 yaşlı qadını maşın vurub öldürdü

Bakıda 63 yaşlı qadını maşın vurub öldürdü
10:47 18 Aprel 2020
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Belə ki, Abşeron sakini Ağarəhim İbrahimov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən piyada 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR