Post-koronavirus dövründə bir sıra aviaşirkətlər bazardan çəkiləcək

Post-koronavirus dövründə bir sıra aviaşirkətlər bazardan çəkiləcək
13:17 18 Aprel 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Post-koronavirus dövründə “Türk Hava Yolları” aviaşirkətin digər aviaşirkətlərlə müqayisədə şansı daha çoxdur.
“Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin ekspertləri qiymətləndiriblər.
Onlar vurğulayıblar ki, koronavirus pandemiyası dünyada bir sıra sahələrə mənfi təsir etdi: “Həmin sahələrdən biri də beynəlxalq aviaşirkətlərdir".
Ekspertlər hesab edir ki, post-koronavirus dövründə bir sıra aviaşirkətlər bazardan çəkiləcək.
Yazıda həmçinin "Türk Hava Yolları"nın digər aviaşirkətlərlə müqayisədə vəziyyətinin daha yaxşı olduğu diqqətə çatdırılıb. Həmçinin, Avropa İttifaqı ölkələrinin mərkəzi transfer kimi oynadıqları rol zəifləyəcək. 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/post-koronavirus-dovrunde-bir-sira-aviasirketler-bazardan-cekilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR