Ekstravaqant Chevrolet Volt - FOTO

Ekstravaqant Chevrolet Volt - FOTO
22:37 17 Yanvar 2015
270 Maraqlı
Ölkə mətbuatı
A- A+

Detroyt avtosalonunda 2016-cı model ili Chevrolet Volt hibrid heçbekin premyerası baş tutub. Avtomobil müasir dövrdə ciddi restaylinqə məruz qalmış ilk plaqin-hibriddir. Dizayner və konstruktorlar ABŞ-da ən mübahisəli ekomobillərdən biri üzərində çox ciddi işləyərək ilk Volt-a məxsus həm xarici, həm də daxili ekstravaqantlıqdan uzaqlaşmağa çalışıblar.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Volt toplam gücü 149 a.g. (399 Nm) olan yeni güc qurğusu ilə hərəkətə gətirilir. Qarışıq sikldə yanacaq sərfiyyatı 2,3 L/100 km təşkil edir. Yalnız elektriklə avtomobil 80 km məsafə qət edə bilir.
 
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR