Koronavirusa görə azadlığa buraxıldı, qeyd edərkən səhvən başından vurdular -

Sözügedən hadisə İordaniyada meydana gəlib.

Metbuat.az xəbər verir ki, Çində ortaya çıxan yeni növ koronavirus səbəbindən bir çox ölkələrdə olduğu kimi, İordaniyada da məhkumlar azad edilib. Bunlardan biri olan 46 yaşlı şəxs Sari Salemin isə sevinci uzun çəkməyib.

8 ay müddətinə azadlıqdan məhrum edilən Salem evində qohumları tərəfindən qarşılanarkən səhvən başından vurulub. Belə ki, qohumu tapança ilə havaya atəş açdıqdan sonra yalnışlıqla onun başını nişan alıb.

Hadisə nəticəsində 5 uşaq atası olan Salem dünyasını dəyişib.


Mənbə: alijazeera.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR