"Evə gedirəm" portalı istifadəyə verilib

"Evə gedirəm" portalı istifadəyə verilib
14:17 18 Aprel 2020
438 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus (COVİD-19) pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən soydaşlarımız üçün hazırlanan ''Evə gedirəm'' istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilkin mərhələdə portala sadəcə Rusiyada olan Azərbaycan vətəndaşları müraciət edə biləcəklər.

Xatırladaq ki, portala müraciət edən vətəndaşlar ölkəyə mərhələli şəkildə gətiriləcəklər. Portala yalnız Rusiyanın internet şəbəkəsi vasitəsilə müraciət etmək mümkün olacaq.

Azərbaycana gətirilən vətəndaşlar dövlət hesabına 14-21 gün müddətinə karantinə yerləşdiriləcəklər.

Rusiyadan olan müraciətlərin həyata keçirilməsinin ardından digər ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi məsələsinə baxılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR