"Bizdən bir də olmayacaq" - İnyesta

"Bizdən bir də olmayacaq" - İnyesta
15:47 18 Aprel 2020
155 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta "The Guardian"a müsahibəsində maraqlı məqamlara toxunub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İnyesta Karles Puyol, Viktor Valdes, Xavi Ernandes və ardınca gələn Serxio Buskets, Lionel MessiJerar Pikedən ibarət oyunçu nəslinin bir də təkrarlanmayacağını bildirib:

"Bizim generasiyadan bir də olmayacaq. Amma bu o demək deyil ki, klubun sonrakı gedişatı pis olmalıdı. Puyinin (Puyol), Viktorun (Valdes) gedişini görmüşəm. Sonra Xavi də getdi... "Barselona" diqqətini gündəlik işlərə yönəltməlidi. Hələ də əla komandaya və top-oyunçulara sahibdilər.

Klub tarixində müxtəlif dövrlər olub. Gənc oyunçular nəticələrin pis olduğu bir periodda əsas komandada oynamaq şansı əldə etmişdilər. Halbuki onlar gənclərdən ibarət komandada olmalı idilər. Bu, mənim dönəmimdə baş verib.

Sonra əsas komandada gənclərin komandasından 10, 11, 12 oyunçunun olduğu dövr gəldi. Düzdü, bu, məşqçinin kimliyindən və klubdakı situasiyadan da birbaşa asılıdı, amma mən həmişə düşünmüşəm ki, əsas komandada oynamağa layiq gənc oyunçu gec-tez mütləq şans əldə edir.

Həyatımızın böyük hissəsi "Barselona"da keçib. Erkən yaşlardan klubda böyümüşük, əsas komandaya düşmüşük və 10, 12, 15 il orada qalaraq kapitan olmuşuq. Biz hamımız "Barselona"da bir insan kimi formalaşmışıq. Əvvəlcə Viktor, Puyol, Xavi, mən, daha sonra isə bizim addımlarımızı təqib edən Busi (Buskets), Pike və Leo (Messi)... Belə bir şeyin yenidən baş verməsi çətindi - həm də çox. "Barselona"dan, ən yaxşı oyunçulara sahib klubdan söhbət gedir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR