Evdən işləyənlər üçün 10 qızıl qayda

Evdən işləyənlər üçün 10 qızıl qayda
21:57 18 Aprel 2020
337 Maraqlı
Ölkə mətbuatı
A- A+

İlk baxışda evdən işləmək çox cazibəli, rahat görünə bilər. Hətta bunun xəyalını qurmaq belə insanlara sevinc gətirə bilər. Lakin xırda və çox önəmli bir nüans var. Ev şəraitində çalışmaq ofis şəraitində çalışmaqdan asan olsa da, çox böyük diqqət tələb edən bir şeydir.

Çünki hər şeydən əvvəl siz öz evinizdəsiniz və sizin şəxsi problemləriniz də sizin yanınızdadır. Yüksək dərəcədə işə fokuslanmalısınız ki, diqqətiniz yayınmasın.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, sizlərə bu məqaləmizdə ev şəraitində işləyərkən nələrə fikir verməli olduğunuzu, necə işləməli olduğunuzu göstərməyə çalışacağıq.

Əgər bunlara riayət etsəniz, evdə işləmək kimi mükəmməl xəyalınızı layiqincə yerinə yetirə bilərsiniz.

1-ci Qayda: 52:17 qaydasını unutmayın!!!

52:17 qaydası haqqında eşitmisinizmi?

Uzun müddət aparılan araşdırmalar nəticəsində öyrənilmişdir ki, işə tez-tez fasilə vermək həmin işin həm motivasiyasını, həm də məhsuldarlığını artırır. Lakin yaxın günlərdə aparılan bir təcrübə işə nə vaxt fasilə verməyin lazım olduğunu və bu fasilənin müddəti barədə daha detallı bir məlumat verdi.

Məlum oldu ki, məhsuldar çalışan insanlar hər 52 dəqiqədən bir, 17 dəqiqə fasilə verir. Təbii ki, bu sizin şəxsi seçiminizdən və gördüyünüz işdən asılıdır. Məsləhət görərdik ki, əlinizdə etdiyiniz bir işi (çox böyük bir iş deyilsə) yarımçıq qoyub fasilə verməyin, İşinizi tamamlayın və daha sonra fasiləyə çıxın. Bu zaman özünüzü daha rahat hiss etmiş olacaqsınız.

2-ci Qayda: Özünüzə rüşvət verin.

Rüşvət vermək düşündüyünüz qədər pis bir davranış deyil; təbii ki, rüşvət verdiyiniz adam sizsinizsə.

Bəs bu necə olacaq?

Bu əslində bir növ özünüzü gördüyünüz işin müqabilində mükfatlandırmaqdır. Özünüzə işinizi bitirdiyiniz halda, sevdiyiniz seriala baxma və ya gəzintiyə çıxma kimi sözlər verin. Lakin bunları hədəflədiyiniz işi bitirdikdən sonra etməli olduğunuzu unutmayın.

Mükafatınızı gözləyərək həm motivasiyanız artacaq, həm də daha surətli çalışacaqsınız.

3-cü Qayda: Facebook-u bağlayın

Sosial şəbəkələr-bu əsl diqqət yayındırıcı faktordur. Ən yaxşısı iş əsnasında Facebook-u, WhatsApp-ı və hətta telefonunuzu da səssiz rejimə salın. Və ikinci qaydada olduğu kimi, özünüzə işiniz bitdiyi zaman yenidən onları aktiv edəcəyinizə dair söz verin.

Unutmayın evdə işləmək kimi rahatlığı yaşamaq istəyirsinizsə, diqqətinizi yayındıra biləcək hər şeydən uzaq dayanmalısınız.

4-cü Qayda: İş günlərinizdə mütləq idman edin.

Ta uşaqlığımızda indiyə kimi idman və onun faydaları haqqında nə qədər çox söz eşitdiyimizi xatırlayırsınızmı?

Sizə isə bunu iş vaxtı da etməyinizi məsləhət görürük. Bu sizin enerjinizi yüksəldəcək və motivasiyanızı artıracaq.

Tədqiqatçılar, iş yerində həftədə 2,5 saat məşq edənlərin, etməyənlərə nisbətən daha məhsuldar olduğunu tədqiq ediblər.

5-ci Qayda: Özünüzə təzyiq göstərin

Bəli! Ev şəraitində işləyərkən heç kim sizə deadline kimi iş stressini xatırlatmayacaq. Bu qulağa xoş gəlsə də, əslində əsl təhlükə məhz budur. Əgər sizdə öz-özünü məcbur etmə bacarığı yoxdursa, yaxşısı budur ofis şəraitində işləməyə davam edin. Ev şəraitində işləyən bir kimsə öz-özünü işin görülməsi üçün məcbur etməlidir.

Gördüyünüz hər iş üçün mütləq bir deadline təyin edin. İşinizə bu zaman daha məsuliyyətli yanaşacaqsınız.

6-cı Qayda: Evdən çıxın və fərqli yerlərdə çalışın.

İşləmək üçün müxtəlif məkanlara müraciət edə bilərsiniz. Daima ev şəraitində işləmək bəzən yorucu ola bilər. Məsələn hər hansı sakit bir kafeyə gedə bilərsiniz. Bir az səs-küy sizə çox mane olmayacaqdır, insanlarla eyni məkanda olmaq hətta bəlkə yeni ideyaların formalaşmasına səbəb ola bilər.

7-ci Qayda: Pijamalarınızdan xilas olun

Pijamaları kim sevmir ki?

Lakin unutmayın evdə olmağınız sizin çalışmalı olduğunuz reallığını yox etmir. Geyiminiz sizin motivasiyanıza, məhsuldarlığınıza təsir edir. Əgər iş əsnasında pijama və ya çox rahat ev geyimində olsanız özünüzü işinizə verə bilməzsiniz.

Hertfordshire Universitetində psixologiya professoru olan Dr. Karen Payna görə seçdiyiniz paltarlar düşündüyünüzdən də əhəmiyyətlidir: "Bir geyim forması seçdikdə, geyimi geyən adam, geyimin xarakteristik xüsusiyyətlərini sahiblənər. İstər "professional bir iş paltarı" olsun istər "rahat bir həftəsonu paltarı" olsun, bir çox geyimin bizlər üçün simvolik mənası vardır. Yəni bir paltarı geydikdə, beynimizə o geyimə uyğun olaraq davranmasını söyləyərik. "

Evdə çalışarkən hər gün ofisə gedirmişsiniz kimi geyinməyinizi tövsiyə edirik.

8-ci Qayda: Gün ərzində nə qədər çalışacağınıza qərar verin.

Məhsuldar iş üçün əsas məsələlərdən biri də budur. İş yoldaşlarınız və iş saatı olmadan motivasiyanızı itirə bilərsiniz. Bu səbəbdən özünüzə iş saatları təyin edin.

9-cu Qayda: Özünüzə xüsusi yer ayırın

Evinizdə iş otağınız yoxdursa, o demək deyil ki, siz ev şəraitində işləyə bilməzsiniz. Evinizin kiçik bir hissəsini işləyəcəyiniz yer olaraq təyin edin. Bir künc sizin ofisiniz olacaqdır.

O sahəni sadəcə iş üçün istifadə edin. Divanda işləməyinizi məsləhət görməzdik. Özünü rahat dost kimi göstərən divan, sizin diqqətinizin bölünməsinə səbəb olacaqdır və həm də bədəniniz üçün zərərlidir.

İşləmək üçün ən unikal variant masa arxasıdır.

10. Özünüzə vaxt ayırın

Evdən çalışmaq sizi çox şeydən təcrid edə bilər. Artıq bir müddət sonra özünüzə vaxt ayırmaya bilərsiniz və hətta ev xaricində bir yerə çıxmağa ərinə bilərsiniz. Bunları yaşamamaq üçün mütləq özünüzə vaxt ayırın. 8-ci qaydanı unutmayın!

İş saatlarını təyin edin və iş sonrası sosial həyata atılın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR