Pandemiya mayda təsirini itirəcək - Psixoloq

Pandemiya mayda təsirini itirəcək - Psixoloq
22:17 18 Aprel 2020
222 Maraqlı
Ölkə mətbuatı
A- A+

Karantin rejiminin uzadılması baş verərsə, insanlar bunu faciə kimi qəbul etməməlidirlər. Ən pis halda may ayında koronavirus öz təsirini itirməyə başlayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri psixoloq Hüseyn Xəlilov karantin rejiminin insanlara təsirləri barədə Modern.az-a geniş açıqlamasında bildirib. Psixoloq əlavə edib ki, bu məqamda əsas məsələ soyuqqanlılığımızı qorumaqdır:

"Hər kəs öz təfəkküründə dərk etməlidir ki, bu vəziyyət uzunmüddətli deyil. Epidemiya müəyyən bir zaman çərçivəsində mövcud ola bilər. Sonra mütləq bitəcək. Biz yenidən öz həyatımıza qayıdacağıq. İşə gedəcək, dostlarımızla görüşəcəyik. Bu karantin müddətində isə imkanımız var ki, əvvəldən ertələdiyimiz işləri evdə oturub, həll edə bilək. Beləliklə, həyatımız öz axarında daha yaxşı, daha templə davam edəcək".

Uşaqların da koronavirus söz-söhbətindən gərginlik keçirdiyini vurğulayan H.Xəlilov məsləhət görüb ki, valideynlər övladlarını mümkün qədər neqativ yüklü informasiyalardan uzaq tutsunlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR