Koronavirusa qarşı ən sürətli super kompyuter yaradıldı

Koronavirusa qarşı ən sürətli super kompyuter yaradıldı
22:27 18 Aprel 2020
226 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bütün dünyanı təsiri altına qalan koronavirus, dünyada 2 milyondan çox adama yoluxub və 129 mindən çox adamın həyatını itirməsinə səbəb oldu. Virusa qarşı bir çarə tapa bilmək üçün dünyanın bir çox nöqtəsində elm insanları araşdırmalar aparır.

Virusa qarşı bir həll tapa bilmək üçün işləyənlər yalnız elm insanları ya da alimlər deyil. Könüllülər, koronavirusa qarşı mübarizədə olduqca effektiv ola biləcək bir üsul olan zülalların araşdırılması üçün boş zamanlarında kompyuterlərini borc verərək dünyanın ən sürətli super kompyuterini yaratdılar.

1.000.000.000.000.000.000 yaxud 1 eksaflop əməliyyatı keçirməyi bacardı. Könüllülər tərəfindən yaradılan bu super kompyuter, bu an dünyanın ən sürətli super kompyuteri olan və elmi araşdırmalar üçün istifadə edilən IBM Summiti üstələdi.

Könüllülərin meydana gətirdiyi bu super kompyuter, bazar ertəsi günü öz rekordunu da qırdı və 2,4 eksaflopa çatdı. Könüllülərə qatılan 1 milyon yeni üzv sayəsində əldə edilən bu sürət, dünyadakı ən sürətli 500 super kompyuterin cəmindən daha da sürətlidir.

Bəs dünyanın ən sürətli super kompyuterində nələr edilir? Könüllülərə qatılanlar, evlərində istifadə etdikləri kompyuterlərinə bir proqram yükləyir; daha sonra zülalların fiziki strukturlarının təyin olunmasına köməkçi olmaq üçün bəzi tapşırıqlar reallaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR