Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?

Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?
23:27 18 Aprel 2020
231 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da alimlər təcrübə altında olan makakaları koronavirusun ağır formalarından qoruya biliblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, eksperimentin nəticələri "bioRxiv"də dərc edilib.

Bildirilib ki, amerikalı alimlər buna meymuna Ebola ilə mübarizədə istifadə edilən remdesivir preparatı vurmaq vasitəsilə nail olublar.

Araşdırmaçılara görə, bu, heyvanlar üzərində aparılan təcrübədə təsdiqini tapan və SARS-CoV-2-yə təsir edən ilk preparatdır.

"Müalicə zamanı remdesiviri bacardıqca tez vurmaq lazımdır", - araşdırmanın müəllifləri vurğulayırlar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 094 000-i ötüb. Bunların 520 946 nəfəri sağalıb, 135 569 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR