ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
08:07 19 Aprel 2020
114 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas ştatında atışma olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə San-Markos şəhərində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb.
Şəhər polisi özünün “Facebook” səhifəsində yerli sakinlərə evlərini tərk etməməyə çağırıb.
Bildirilir ki, polis məişət zorakılığı ilə bağlı zəngdən sonra şikyətin edildiyi ünvana gedib. Nəticədə asayiş keşikçiləri pusquya düşüblər. Belə ki, cinayətkar tüfənglə onlara atəş açıb.


Hadisə zamanı yaralanmış polis əməkdaşları xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat ediliblər. Onlardan birinin vəziyyəti ağırdır.
Polisin məlumatına görə, hadisəni törədən şəxs özünü öldürüb. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-atisma-olub-olen-ve-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR