Tramp: "ABŞ İrana süni tənəffüs aparatları göndərməyə hazırdır"

Tramp: "ABŞ İrana süni tənəffüs aparatları göndərməyə hazırdır"
09:47 19 Aprel 2020
237 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ koronavirusun yayılmasına qarşı mübarizə üzrə yardım formasında İrana süni tənəffüs aparatları göndərməyə hazırdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Mən vəzifəmə başlayan zaman İran bütün Yaxın Şərqi nəzarətə götürməyə hazır idi. Hazırda isə onlar sağ qalmağı düşünürlər - onlarda hər həftə etirazlar keçirilir, koronavirusa görə böyük gərginlik var və mən bunun olmamasına üstünlük verərdim. Mən onlara kömək etməyi təklif etmişəm".

ABŞ prezidenti əlavə edib: "Əgər onlara süni tənəffüs aparatları lazım olarsa, mən onlara bu aparatları göndərərəm. Bizdə ehtiyatda minlərlə süni tənəffüs aparatı var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR