Tanınmış futbolçu doğma kəndini dezinfeksiya etdirdi

Tanınmış futbolçu doğma kəndini dezinfeksiya etdirdi
09:48 19 Aprel 2020
228 İdman
Ölkə mətbuatı
A- A+

Koronavirusla mübarizədə fəal iştirak edən "Liverpul"un futbolçusu Məhəmməd Salah növbəti dəfə xeyirxah hərəkəti ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, misirli ulduz Basyun şəhəri yaxınlığında yerləşən doğma Naqriq kəndinin sakinlərinə minlərlə ton ərzaq bağışlayıb.

28 yaşlı oyunçunun atası bildirib ki, oğlunun təşəbbüsü ilə kənddə dezinfeksiya işləri aparılıb, insanlara maska paylanılıb.

Son məlumata əsasən, Misirdə koronavirusa 2 844 yoluxma halı aşkarlanıb ki, bunlardan 205 nəfəri dünyasını dəyişib, 646-sı isə sağalıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/311238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR