İspaniyada koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlər mayın 9-dək uzadılacaq

İspaniyada koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlər mayın 9-dək uzadılacaq
11:27 19 Aprel 2020
246 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən yüksək xəbərdarlıq rejimini 9 may tarixinə qədər uzatmaq qərarına gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İspaniyanın Nazirlər Kabinetinin rəhbəri Pedro Sançesin bildirib.

Bu qərar artıq Deputatlar Konqresi (parlamentin aşağı palatası) tərəfindən təsdiqlənməlidir. Baş Nazir bildirib ki, "yüksək hazırlıq rejimi 9 may tarixi daxil olmaqla uzatmağı təklif edəcək". 

Sançes əlavə edib ki, aprelin 27-dən etibarən uşaqların çölə çıxması üçün məhdudiyyətlər qismən yumşaldılacaq.

İspaniyada koronavirus infeksiyasına ilk yoluxma hadisəsi yanvarın 31-də qeydə alınıb. Hazırda krallıqda təxminən 192 min yoluxmuş xəstə var, 20 mindən çox insan ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR