"Real Madrid" Keyni almaqdan imtina etdi

"Real Madrid" Keyni almaqdan imtina etdi
12:02 19 Aprel 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubu İngiltərə "Tottenhem"inin futbolçusu Harri Keyni almaqdan imtina edib.
"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, bu qərar koronavirus pandemiyası ilə əlaqədar dünyadakı qeyri-sabit maliyyə durumu ilə əlaqədar verilib.
26 yaşlı forvardın qarşıdakı transfer dövründə heyətə cəlb olunması nəzərdə tutulurdu. Daha əvvəl imtina qərarını "Mançester Siti" də verib. "Tottenhem" borcları üzündən Keyni 200 milyon funt sterlinqə (228 milyon avro) buraxmağa hazır idi.
Qeyd edək ki, Harri Keyn yetirməsi olduğu "Tottenhem"də 2009-cu ildən forma geyinir. Bu mövsüm ingiltərəli forvard 25 oyuna 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilədək qüvvədədir. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-keyni-almaqdan-imtina-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR