"Mançester Siti" ulduz futbolçusu ilə bağlı qərarını verdi

"Mançester Siti" ulduz futbolçusu ilə bağlı qərarını verdi
13:05 19 Aprel 2020
120 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" "Yuventus"un transfer etmək istədiyi Qabriel Jesusla bağlı qərarını verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər" hücumçunu Turin klubuna satmayacaq. Jesusun komandada qalmasını istəyən ingilislər, "qoca sinyora"nın təklifindən imtina edib.

"Yuventus"un Jesus üçün qarşı tərəfə Duqlas Kostanı təklif etdiyi deyilirdi. İtaliya təmsilçisi 23 yaşlı Jesusa start heyətində daimi iştirak edəcəyini bildirmişdi.

Qeyd edək ki, cari mövsümdə "Mançester Siti"nin heyətində 39 oyunda iştirak edən braziliyalı futbolçu, 18 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR