İbrahimoviç "Milan"a şərt qoydu

İbrahimoviç "Milan"a şərt qoydu
13:42 19 Aprel 2020
123 İdman
Ölkə mətbuatı
A- A+

Zlatan İbrahimoviç növbəti mövsümü də "Milan"da keçirməyə hazırdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Milan" Çempionlar Liqasında mübarizə aparmaq üçün heyətini gücləndirsə, İbrahimoviç komandada qalacaq. İsveçli futbolçu 2013-14 mövsümündən bəri ÇL-dən uzaq düşən "qırmızı-qaralar"ı yenidən "Avropanın ən böyük arenası"na qaytarmağı və yalnız bundan sonra "müsbət notlar"la ayrılmağı planlaşdırır.

Müqavilənin maliyyə məsələləri Zlatan üçün prioritet deyil. O, ilk növbədə, "Milan"ın genişmiqyaslı transfer kampaniyası aparmasını istəyir.

Cari mövsümdə aktivində 36 xalı olan Milan təmsilçisi İtaliya A Seriyasında 7-ci sırada qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən 12 xal geri qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR