"Bağım olsaydı, oturardım orada" - Xalq artisti

"Bağım olsaydı, oturardım orada" - Xalq artisti
15:05 19 Aprel 2020
296 Şou
Ölkə mətbuatı
A- A+

Şəkər xəstəliyindən əziyyət çəkirəm. Təzyiqim qalxır. Qalxanda da bədənim əsməyə başlayır. Həkimlərin yazdığı bütün dərmanları vaxtı-vaxtında qəbul edirəm. Bütün günüm evdə keçir. Mənzilimin iki eyvanı var. Eyvana çıxıb həm hava alıram, həm də orada gəzirəm. Bağım olsaydı, oturardım orada. Bağın havası başqadır, eyvanın başqa.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Elmira Rəhimova ATV-də yayımlanan "Həyat gözəldir" proqramında deyib. Xəstəliyi haqda danışan sənətçi səhhəti ilə bağlı açıqlama da verib:

Elmira Rəhimova karantin günləri ilə bağlı efir vasitəsilə izləyicilərə müraciət də edib:

"Bu qanun hamımıza aiddir. Gərək evdə oturaq ki, epidemiya yayılmasın. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda vəziyyət daha yaxşıdır. Biz gərək özümüzü qoruyaq ki, heç kimə infeksiya keçməsin. Hamımız dövlətin qoyduğu karantin rejiminə tabe olmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/843347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR