Məşhur basketbolçuda koronavirus tapıldı

Məşhur basketbolçuda koronavirus tapıldı
16:12 19 Aprel 2020
259 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Qadın Milli Basketbol Assosiasiyasının (WNBA) "Çikaqo Skay" klubunun basketbolçusu Stefani Dolson koronavirusa yoluxub.

"Qafqazinfo" "TSN"ə istinadən bildirir ki, o, Çikaqoda koronavirusa yoluxan ilk peşəkar qadın idmançıdır. Dolsonun sözlərinə görə, o və onun ailəsi koronavirus testlərin pozitiv nəticələrini bir ay əvvəl alıblar.

"Bu virus evimizə çox yaxın gəldi. Anam, təxminən, dörd gün xəstəxanada idi. Onda ağır simptomlar, pnevmoniya var idi. Tibb işçiləri komandasının sayəsəsində o, indi evdə təhlükəsizlikdədir və sağlamdır", - "TSN" idmançının sözlərini sitat gətirir.  

"Çikaqo Skay"ın sahibi Maykl Alter deyib ki, Dolsonun xəstəliyi ciddi simptomlarsız keçir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR